İsrailli əsgər Gilad Şalit azad edildikdən sonra vətəninə qayıdıb

  • Amerikanın səsi

İsrailli əsgər Gilad Şalit azad edildikdən sonra vətəninə qayıdıb

Həmasın nəzarəti altında olan israilli əsgər Gilad Şalit azad edildikdən sonra vətəninə qayıdıb. Vertolyotla İsrailə yola düşməzdən əvvəl o, tibbi müayinədən keçirilib, ailə üzləri ilə telefonla danışıb. İsrailin Ali Məhkəməsi dünən məhbusların mübadiləsi ilə bağlı israillilərin arqumentlərini dinləyib. Fələstinlilər tərəfindən öldürülənlərin ailə üzvləri məhbusların mübadiləsinə dair son fikirlərini bildirib.

Israil əsgəri müqabilində azad ediləcək 447 fələstinli məhbusun siyahısını açıqlayıb. İsrail hökuməti İsrail əsgəri Gilad Şalitin azad edilməsinə dair razılığı Fələstinin Həmas qrupu ilə əldə edib. Əsgər 1027 fələstinli məhbusun azadlığı müqabilində buraxılıb. Qalan 550 məhbus gələn iki ay ərzində azad edilməlidir. İsrailli əsgər artıq beş il idi ki, Həmasın nəzarəti altında idi.