İsrail-Azərbaycan Ticarət Palatası yaradılacaq

Azərbaycan və İsrail bayrağı

Palatanın İsrail tərəfindən təsisçisi Aleks Kaplundur
İsrail və Azərbaycan öz geniş potensial imkanlarından istifadə etməklə ticari-iqtisadi əməkdaşlığı genişləndirmək, o cümlədən yaxın vaxtlarda müştərək Ticarət Palatası yaratmaq niyyətindədirlər.

Bu barədə palatanın İsrail tərəfindən təsisçisi Aleks Kaplun İsraildə səfərdə olan azərbaycanlı jurnalistlərlə görüşdə məlumat verib.

O qeyd edib ki, Ticarət Palatasının yaradılması Azərbaycan-İsrail iqtisadi əlaqələrinin daha da inkişaf etdirilməsində mühüm rol oynayacaq.

Ticarət Palatasının tərkibinə azı 30 sahibkar daxil olmalıdır. İndiyə qədər artıq 38 sahibkar həmin palatanın üzvü olmaq arzusunu bildirmişdir.