İsrail baş naziri fələstinlilərin bu həftə BMT-də dövlət statusu üçün müraciətinin iflasa uğrayacağını proqnozlaşdırıb.
Benyamin Netanyahu kabinet iclasında bildirib ki, sülh yalnız birbaşa danışıqlar yolu ilə əldə oluna bilər.
Fələstinlilər bildiriblər ki, onlar BMT Təhlükəsizlik Şurasından BMT üzvlüyünü təsdiq etməyi xahiş edəcəklər.
Rəsmi Vaşinqton dövlətçilik haqda müraciətə Təhlükəsizlik Şurasında veto qoyacağını bildirib.