İsrail hərbçiləri Qəzzaya yardım aparan yaxtanı saxlayıblar

  • Amerikanın səsi

İsrail hərbçiləri Qəzzaya yardım aparan yaxtanı saxlayıblar

Israil donanmasının əsgərləri Qəzza Zolağına istiqamət götürmüş Fələstinpərəst fəallarla dolu fransız yaxtasına daxil olublar.

Hərbçilər Şərəf əl-Karama adlı yaxtaya nəzarəti ələ aldıqlarını və onu Aşdod limanına apardıqlarını deyirlər.

Zorakılıqlar barədə məlumat verilmir.

Bu yaxta ötən ay Yunanıstandan çıxmağa ümid edən Fələstinpərəst fəalların son gəmisidir. Gəminin tərkində 16 adam olub.

Hərbçilər əvvəlcədən gəmi heyətinə bildirmişdilər ki, gəmidə olan təchizat materialları qanuni şəkildə İsrail limanı və quru keçidləri vasitəsilə Qəzzaya ötürülə bilər.