İsrail HƏMAS-ın artıq hərbi qabiliyyətə malik olmayacağına söz verib

Your browser doesn’t support HTML5

İsrail HƏMAS-ın artıq hərbi qabiliyyətə malik olmayacağına söz verib

İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edib. Bu isə ərzaq, su və elektrik enerjisinin kəsilməsi deməkdir. Həm İsraildə, həm də Qəzzada döyüşlər davam etdiyi zaman ölənlərin sayı artmaqda davam edir.

Fələstin səhiyyə rəsmiləri bazar ertəsi İsrailin Qəzzadakı Cəbəliyyə qaçqın düşərgəsinə etdiyi hava hücum zamanı qadın və uşaqlar da daxil olmaqla, onlarla fələstinlinin öldüyünü bildirib. Səhiyyə rəsmilərinin dediyinə görə, 500-dən çox insan ölüb, 120 min insan evlərini tərk edərək, məktəblərə sığınıb və Qəzzanın digər bölgələrinə gedib. Cəbəliyyə sakini İbrahim Nofəl: "Cəbəliyyənin Əl-Trans bölgəsində dörddən çox ev xəbərdarlıq edilmədən dağıdılıb. 50-60-dan çox şəhid, çox sayda itki, inanılmaz dağıntılar. Aman Allahım, indi insanları çıxarırlar, Allahım".

İsraildə ölkə son 50 ildəki ölüm sayına görə dəhşətdədir. Bazar günü musiqi festivalında iştirak edən 260-dan çox gəncin cəsədi aşkar edilib. HƏMAS silahlıları çoxu festival iştirakçısı olan 130-dan çox israillini qaçıraraq, Qəzzaya aparıb.

İtkin düşənlərdən biri 21 yaşlı Adi Mayzeldir. Onun anası Ahuva Mayzel bazar ertəsi jurnalistlərlə danışıb. "Bu, onunla son zəngimiz idi. Biz güclü səs-küy və atışma, bombalama eşitdik, xaos var idi və bu, Adi ilə son zəngimiz oldu. O vaxtdan bəri onun dəqiq harada olduğu, vəziyyətinin necə olduğu barədə məlumatımız yoxdur. Onun sağ olub-olmadığını bilmirik. Onun hardasa qan içərisində olub-olmadığını bilmirik. Onu kiminsə oğurlayıb-oğurlamadığını bilmirik. Sadəcə çarəsiz qalmışıq".

İsrail yüzlərlə HƏMAS silahlılarının sızaraq, dinc sakinləri öldürdüyü 22 yaşayış məntəqəsinin hamısını ələ keçirdiyini deyir. İsrail hazırda hücuma keçib və rəsmilər HƏMAS-ın artıq hərbi qabiliyyətə malik olmadığına əmin olacaqlarına söz verib.

Təhlilçilər deyirlər ki, İsrail öz gücünü yenidən bərpa etməsi üçün çox çalışmalı olacaq. Yaxın Şərq üzrə analitik David Vurmser: "İsrailin son 48 saatda baş verən fəlakətdən qurtara bilməməsi kimi zəif görünən imici onun müharibədən çıxa bilmədiyindən ibarətdir. Bu baş verərsə, gələcəkdə həm sülhə, həm də müharibəyə təsir edəcək. Regionda İsraillə sülh bağlamaq istəyənlər İsrailin burada nə etməli olduğunu başa düşür. O, faktiki olaraq, belə demək mümkündürsə, strateji məğlubiyyəti üstələyən səviyyədə strateji qələbə qazanmalıdır".

İsrail ehtiyatda olan yüz minlərlə əsgərini orduya çağırıb və bir çoxları yaxın günlərdə Qəzzaya qurudan müdaxilə gözləyir. İsrail rəsmiləri ictimaiyyətə azı bir neçə həftə davam edəcək uzun bir qarşıdurmaya hazır olmalarını deyib.