Xarici İşlər naziri Aviqdor Liberman bildirib ki, Kemp Deyvid sazişinin dəyişdirilə biləcəyinə heç bir ehtimal yoxdur
İsrailin Xarici İşlər naziri Aviqdor Liberman Misirlə 1979-cu il sülh sazişinə heç bir yeni dəyişiklik edilməsinə yol verilməyəcəyini deyib.
İsrailin ictimai radiosuna verdiyi müsahibə zamanı Liberman bildirib ki, Kemp Deyvid (Camp David) sazişinin dəyişdirilə biləcəyinə heç bir ehtimal yoxdur.
Aviqdor Liberman bu açıqlamanı Misirin Sinay yarımadasında hərbi mövcudluğunu artırdığı bir vaxt verib. İsraillə həmsərhəd olan Sinay yarımadası yaraqlılar üçün sığınacağa çevrilib. Onlar bu ərazidən İsrail ərazisinə hücum etmək üçün istifadə edirlər.
İsrail Misiri Sinayda qanunsuzluğun baş alıb getməsinə imkan verməməyə çağırır, lakin eyni zamanda Misirin yarımadada Kemp Deyvid razılaşmasının şərtlərində nəzərdə tutulmuş saydan əlavə hərbi qüvvə saxlamasını istəmir.
Cümə günü sərhəd bölgəsində baş vermiş hücum zamanı bir nəfər İsrail əsgəri və üç silahlı şəxs ölmüşdür.