İspaniyaya yeni kral gəldi

Bu gün Kral Filipin taxta sahib olmaq üçün and içməsindən sonra İspaniya siyasətində yeni era başladı. Kral tacınin sabiq varisi şahzadə Filipin andiçmə mərasimi Parlamentin Aşağı Palatasında keçirilib.


Şahzadə Filipə kral lentini 40 il taxtda olan, səhhətinə və qalmaqallara görə taxtdan rəsmi olaraq imtina edən 76 yaşlı atası Huan Karlos taxıb.

Tac mərasimi ilə bağlı şərəfinə parad təşkil edilən Filip iqtisadi böhran və işizlik problemləri ilə üzləşən İspaniyaya rəhbərlik edəcək .