Kaliforniyada yerləşən Space X fəza nəqliyyatı şirkəti özünün yenidən istifadə edilən raketlərindən daha birini müvəffəqiyyətlə Atlantik okeanına endirdi.
Falcon 9 raketi çərşənbə günü Floridada yerləşən NASA-nın Kennedi Fəza Mərkəzindən buraxılıb. Raketin buraxılması zamanı ilin əvvəli Bəynəlxalq Fəza Stansiyasına məhsulların daşınmasında tətbiq edilən yer qüvvətləndiricisindən istifadə edilib.
Yerə qayıtmaqdan öncə EchoStar peykini işə salan raket, şirkətin Atlantik okeanında olan dron gəmisinə enib.
Space X-in uzunmüddətli missiyası insanları Marsa nəql etməkdir.