Birləşmiş Ştatlarda insanlar on ilin ən soyuq hava şəraitində soyuq suya girib

Birləşmiş Ştatlarda insanlar kəskin soyuq hava şəraitinin öhdəsindən gəlmək üçün qeyri-adi yolları sınaqdan keçirir.

Viskonsin ştatının Milvoki şəhərində çox sayda insan on ilin ən soyuq hava şəraitində soyuq suya girib.

Onlar soyuq Miçiqan gölünə doğru qaçaraq suya girdikdən sonra dərhal çıxıb isti ədyallara bürünüb.

Bənzər səhnə Nyu York şəhərində də baş verib. “Coney Island” adlanan bu mərasimdə yüzlərlə insan Atlantik okeanının soyuq sularına daxil olub.

“Bu çox ağrılı idi. Mənim bütün bədənim sancır. Bədənimin bir az keyidiyini hiss edirəm. Amma bunu etdiyimə sevinirəm”, “Coney Island Polar Bear” klubunun üzvü Lorena Ambrosio bildirib.

“Bu, çox həyacanlı, güc verici an idi. Bu, yeni ilə başlamaq üçün çox yaxşı üsuldur”, klubun digər üzvü Culius bildirib.

“Coney Island” mərasimi Nyu York akvariumu da daxil olmaqla bir çox xeyriyyə təşkilatlarına maliyyə toplayır.