Maliyyə Nazirliyi “Sovetski”də evlərin qiyməti ilə bağlı açıqlama verib
Hazırda "Sovetski" sakinlərinin 173 saylı məktəbin qarşısında aksiyası gözlənilir. Məktəbin qarşısına narazı sakinlər topıaşmaqdadır.
Ərazi polis qüvvələri tərəfindən nəzarətə götürülüb.
***
Avropa İttifaqı Azərbaycanda insan hüquqlarının pozulmasını diqqətlə izləyir. Bu barədə Avropa komissarı Ştefan Fülenin nümayəndəsinin Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun adına ünvanladığı cavab məktubunda deyilir.
SDİ-dən Turan-a bildirilib ki, fevralın 18-də Fülenin adına məktub göndərilib. Məktubda Bakıda mülkiyyət hüquqlarının kütləvi şəkildə pozulması, həmçinin Bakı meriyasının məhkəmə qərarlarının icrasından imtina etməsi, keçmiş “Sovetski” küçəsində kütləvi qanun pozuntuları və vətəndaşların hüquqlarının pozulması faktları sadalanır.
Aİ-nin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT məsələləri üzrə şöbəsinin rəhbəri Dirka Şübelin imzaladığı məktubda deyilir: “Aİ Azərbaycanda söküntü və məcburi köçürülmə faktları üzrə iddiaları diqqətlə izləyir. Belə ki, Aİ-Azərbaycan insan hüquqları və demokratiya üzrə alt komitənin fevralın 3-4-də keçirdiyi iclasda Aİ rəhbərliyi Azərbaycan hakimiyyətini söküntü və köçürülmə faktları ilə bağlı təcili tədbirlər görməyə çağırıb. Biz həmçinin Azərbaycan hakimiyyətini məhkəmə qərarı nəticəsində mülkiyyətindən məhrum edilmiş şəxslərə yetərincə kompensasiyanın ödənilməsi, milli qanunvericiliyə və Azərbaycan hökumətinin qəbul etdiyi beynəlxalq öhdəliklərə uyğun olaraq şəffaf məhkəmə çəkişmələrinin təminatı üzrə tədbirlər həyata keçirməyə çağırırıq”, - cavabda deyilir.
SDİ mülkiyyət hüquqlarının kütləvi pozulması ilə bağlı Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin, Bakıda mülkiyyət hüquqlarının pozulmasını izləyən beynəlxalq hüquq-müdafiə təşkilatlarının iştirakı ilə Aİ-də dinləmələrin keçirilməsi xahişi ilə komissar Füleyə ikinci məktubu göndərib. SDİ-nin məlumatına görə, 2008-2012-ci illərdə 60 mindən çox Bakı sakini qanunsuz olaraq öz mülkiyyətindən məhrum edilib. 2014-cü ildə isə 80 min vətəndaşı evinin sökülməsi təhlükəsiz gözləyir.
SDİ mülkiyyət hüquqlarının pozulmasının Bakıda qarşıdurmaya gətirə biləcəyindən ehtiyat edir.
***
Azərbaycan Maliyyə Nazirliyi Bakıda "Sovetski" adlanan ərazidə nəzərdə tutulan söküntü işləri və burada daşınmaz əmlaka malik olan mülkiyyətçilərə təklif olunan məbləğ barədə açıqlama verib.
Yerli medianın yazdığına görə ərazidə on minədək ev söküləcək. “Sovetski”nin sakinləri verilən kompensasiyanın az olduğuna etiraz fevralın 16-da etiraz aksiyası keçirib. Bakı şəhər İcra Hakimiyyətinin rəsmiləri sakinlərə maksimum çox kompensasiya veriləcəyini vəd etdikdən sonra sakinlər dağılışıb. Xatırladaq ki, bundan öncə Bakının digər ərazilərində köçürülən sakinlərə 1 kvadratmetr yaşayış sahəsi müqabilində 1500 manat verilib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend agentliyinə verilən məlumatda deyilir:
"Məlum olduğu kimi, hər hansı dövlət qurumu tərəfindən icra olunan layihələr, müxtəlif infrastrukturların tikintisi və bu zaman həyata keçirilən köçürülmələr və mülkiyyətçilərdən əmlakın alınması dövlət büdcəsinin vəsaiti hesabına təmin olunur və Maliyyə Nazirliyinin müvafiq strukturları tərəfindən maliyyələşmə aparılır: "Sovetski" adlandırdığınız əraziyə gəlincə bildiririk ki, burada evlərin alınması tam könüllülük prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Baş Nazirinin müavini Abid Şərifovun 21 fevral 2014-cü il tarixində mətbuata verdiyi müsahibədə bildirdiyi kimi, həmin ərazidə yaşayan əhaliyə məxsus əmlakların, mənzil və torpaq sahələrinin dövlət ehtiyacları üçün məcburi qaydada alınması nəzərdə tutulmamışdır. Belə ki, həmin ərazidə yerləşən əmlakların mülkiyyətçiləri (sahibləri) öz iradələrinə, mülkü hüquq prinsiplərinə və Azərbaycan Respublikasında qüvvədə olan mülkü qanunvericiliyin tələblərinə uyğun olaraq, öz əmlaklarını tam könüllü surətdə dövlətə sata bilərlər. Bu ərazidə yerləşən əmlakların dövlət tərəfindən alınması zamanı, əmlakın faktiki ümumi sahəsinin hər bir kvadrat metrinin dəyəri 1500 (bir min beş yüz) manat həcmində yuxarı hədd müəyyən olunmuşdur. Qeyd edilən məbləğin müəyyən olunması üçün həmin ərazidə kifayət qədər təhlillər aparılmış və müstəqil ekspert rəyləri nəzərə alınmışıdır.
Belə ki, qeyd olunan sahənin Bakı şəhərinin mərkəz hissəsinə yaxın ərazidə yerləşməsinə baxmayaraq, bir sıra amillər həmin ərazidə yerləşən əmlakların bazar dəyərinə mənfi təsir göstərməkdədir. Belə ki, ərazidə yerləşən tikililərin böyük əksəriyyəti bu günkü şəhərsalma qayda və tələblərinə uyğun gəlmir, yaşayış sahələri müvafiq təhlükəsizlik və yaşayış üçün müəyyən edilmiş ümumi tələblərə cavab vermir, kommunal, kommunikasiya və digər infrastruktur sistemləri qənaətbəxş vəziyyətdə deyil və onların yenidən qurulması üçün xüsusi təyinatlı texnikanın əraziyə daxil olmasında darısqal, ensiz yollar ciddi maneələr yaradır.
Qeyd olunanları nəzərə almaqla, göstərilən məbləğin müəyyən olunması ilə bağlı qərarı əmlak bazarının reallıqlarını adekvat əks etdirən və kifayət qədər ədalətli hesab etmək olar.
Müvafiq dövlət orqanlarında mövcud olan məlumatların təhlili nəticəsində, son dövrlərdə ərazidə alqı-satqı olunmuş əmlakların hər bir faktiki kvadrat metrinin dəyərinin 1500 manatdan daha az olduğu müəyyən edilmişdir. Bütün bunlarla belə, qeyd olunan ərazidə mülkiyyətçilərə dövlət büdcəsinin vəsaiti hesabına əmlakların alınması üçün müəyyən olunmuş ən yuxarı hədd -1500 manat təklif olunur.
Beləliklə, təklif olunan qiymətə razı olmayanlar öz evlərində, sözügedən ərazidə əvvəlki qaydada yaşamaqda davam edirlər. Öz əmlaklarını qeyd olunan qiymətə satmağa razı olanlar isə, müvafiq qurumlara müraciət edərək alqı-satqını rəsmiləşdirirlər. Artıq 100-ə yaxın mülkiyyətçi ilə alqı-satqıya dair müvafiq razılaşma sənədi imzalanıb və onların pul vəsaiti bankdakı hesablarına köçürülüb", Maliyyə Nazirliyi bildirir.