"Sovetski" sakinləri etiraz aksiyası keçirib
Your browser doesn’t support HTML5
Yanvarın 22-də Sovetski adlanan ərazinin keçmiş sakinləri Maliyyə nazirliyinin qarşısında toplaşıb. Onlar Yasamal rayon icra hakimiyyəti tərəfindən ödənilməmiş kompensasiyaların ödənilməsini tələb edib.
Etiraz zamanı sakinlərdən 5 nəfərin nazirlik tərəfindən qəbul ediləcəyi bildirilsə də, daha sonra həmin şəxslərə nazirlik binasının qarşısında məhkəməyə müraciət etmələri bildirilib.
Maliyyə nazirliyinin qarşısına toplaşan vətəndaşlar isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb.