"Solaxay" filmi boksçu Billi Hopun həyatından danışır [Video]

Your browser doesn’t support HTML5

1930-cu illərdə Hollivud boksa həsr edilmiş 150-dən çox film çəkmişdi. Bu filmlərdə ya qəhrəman rəqibi üzərində qələbə çalır, ya da sürdüyü tüfeyli həyat tərzinə görə hər şeyini itirir. Rejissor Entoni Fuquanın “Solaxay” (Southpaw) filmi boks janrında çəkilən son filmlərdəndir və bu filmin qərhrəmanı, ağırçəkili çempion sonradan özünə qarşı döyüşür.

Karyerasının zirvəsində olan boksçu Billi Hopun həyatı dəhşətli şəkildə dəyişmək üzrədir. Billi Hopun Reyçel Makadamsın ifa etdiyi həyat yoldaşı vəfat etdikdən sonra o, qaranlıq və zorakı həyata başlayır. O, hər şeyini itirir, hətta qızı belə himayəyə götürülür.

“Ata məsuliyyət hiss edənə qədər uşaq “Ailə xidmətləri”nin himayəsinə verilsin” deyə, hakim bildirir. Billi həyatını geri qaytarmaq və qızının etibarını yenidən qazanmaq üçün rinqdə qətiyyətini göstərməlidir. Aktyor Ceyk Gillenal məğlub çempionun özünü göstərmək üçün var gücünü ortaya qoyan Billi Hop rolunu oynayır. “Qəzəb, kin, ağrı. Mənim fikrimcə Billi bunu nümayiş etrdirir. Bununla o, qarşısına çıxan çətinliklərin öhdəsindən gəlmək istəyir. Lakin sonra həyat dərsləri onu geri qaytarır.”

Çəkilişdən 5 ay əvvəl və çəkiliş zamanı Gillenal rejissor Entoni Fuqua ilə gündə iki dəfə döyüş simulyasiya keçirib. “Mən onun lovğalığını, özünəməxsus döyüş ritmini görməyə başladım. Ondan çətin bir şey istəmirdim, Cekə dedim ki, mən bunu səninlə edəcəyəm, biz bu işi birlikdə başa vuracağıq.”

“Solaxay” sənədli film kimi çəkilib. Yaxından çəkilişlər, boksdakı sürətli hərəkətlər döyüşün doğru olduğunu göstərir. Tamaşaçı hər zərbəni, hətta qanlı döyüşün həyəcanını duya bilir.

Billinin qızı rolunu Una Lorens oynayır. Bu balaca qızın bədənində yaşlı bir insan ruhu var. O, Billinin güc verəni, məşqçi Forest Uayteyker isə Billinin mənəvi yolgöstərənidir.

Boks dünyasında adətən sağ əl və sağ ayaq qabaqda döyüşülür. Billi bunun əksini edir. Ad onun özü barədə deyil, onun rəqibi, güzgüdəki şəxs barədədir. Bu şəxs özündə nizam-intizamı öyrənməli, eləcə də reputasiyası və ailəsini geri qazanmalıdır.