Los-Ancelesin şərqindəki dağlarda üç böyük meşə yanğını ilə mübarizə aparan yanğınsöndürənlər çərşənbə günü sərin hava şəraitindən istifadə edərək, vəziyyəti nəzarətə ala bilib. Lakin bundan əvvəl onlarla ev dağılıb və minlərlə insan təxliyə edilməyə məcbur olub.
Kaliforniya meşə yanğınları mövsümünə doğru yalnız indi getsə də, artıq 2023-cü ildəkindən təxminən üç dəfə çox sahənin yanması müşahidə olunub. Meşə yanğınları həftə sonu üç dəfə sürətləndiyi üçün Cənubi Kaliforniyada on minlərlə evi və digər strukturları təhdid edib.
Rəsmilərin dediyinə görə, ölüm faktı qeydə alınmayıb, lakin əsasən də yanğınsöndürənlər olmaqla, onlarla insan yaralanıb.
Los-Ancelesdən təxminən 90 dəqiqəlik məsafədə yerləşən kiçik Vraytvud qəsəbəsinin rəsmiləri sakinləri körpüdə baş verən partlayışin 10-dan çox evin yanmasına səbəb olduğu ərazidən uzaq durmağa çağırıb.
Qubernator Qavin Nyusom evakuasiyaya yardım etmək üçün Milli Qvardiya qoşunlarını həmin ərazilərə göndərib. Ağ Ev isə prezident Co Baydenin vəziyyəti izlədiyini bildirib.
Associated Press-in fotoqrafı Riversayd mahalında 74-cü magistral boyunca 250 nəfər sakini olan El-Kariso kəndində azı 10 evin və bir neçə avtomobilin alov içərisində olduğunu görüb.
Riversayd mahalında 5500-dən çox evin 19 mindən çox sakini təxliyə edilib. Klivlend Milli Meşəsində bir neçə istirahət evi və tikili zədələnib.
San Bernardino qraflığında təxminən 65 600 ev və tikili "Line Fire" yanğını təhlükəsi altında idi və Biq Bear gölünün cənub kənarı boyunca sakinlərə çərşənbə axşamı ərazini tərk etmələri bildirilib.