Cənubi Koreya əhalisi raketdən müdafiə sisteminin yerləşdirilməsinə etiraz edir

ABŞ hərbiçilərinin ABŞ-ın raketdən müdafiə sistemini yerləşdirmək istədikləri kənddə yüzlərlə cənubi koreyalı təhlükəsizlik qüvvələri ilə toqquşub. Bu sistem Şimali Koreyadan müdafiə məqsədi daşıyır.

Polis Yüksəklik Ərazi Müdafiəsi Terminal Sisteminin yerləşdiyi yerə aparan yolu kəsən bir neçə yüz nümayişçini həbs edib.

Seonju kəndinin rəsmiləri altı polis zabiti də daxil olmaqla, onlarla insanın toqquşmada xəsarət aldığını bildirib.

Seonju kəndinin sakinləri və fəallar sistemin güclü radarının sağlamlığa təhlükəsi və kəndin Şimali Koreya tərəfindən hədəf alınacağı barədə narahatlıqlarını ifadə edib.

Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirib ki, sistemin yerləşdirilməsi Şimali Koreyanın təhdidlərinin qarşısını almaq üçün mühümdür.