Cənubi Koreya və Yaponiya liderləri bu həftə Tokioda görüşəcəklər

Yaponiya baş naziri Fumio Kişida Cənubi Koreya Prezidenti Yun Suk Yeol Fnom Pnompendə ASEAN - Şərqi Asiya Sammitində əl sıxışır. 13 noyabr, 2022.

Cənubi Koreya və Yaponiya liderləri bu həftənin sonunda Tokioda zirvə toplantısı keçirəcəklər. Onlar onlar 20-ci əsrin birinci yarısında Yaponiyanın yarımadanın qəddarca işğalı nəticəsində yaranan gərgin münasibətləri bərpa etməyə çalışırlar.

Cənubi Koreya Prezidenti Yun Suk Yeol cümə axşamı Yaponiyanın Baş naziri Fumio Kişida ilə Prezident Yunun Yaponiyaya iki günlük səfərinin ilk günündə görüşəcək. Bu, Cənubi Koreya prezidenti tərəfindən 2011-ci ildən bəri Yaponiya ilk səfərdir.

Səfər Yunun hökümətinin 1910-cu ildən 1945-ci ilə qədər Yaponiyanın Koreya yarımadasını işğalı zamanı koreyalıları əsarət altına alan yapon şirkətlərinin vurduğu ziyana görə onlara kompensasiya ödəmək üçün yerli mülki vəsait toplamaq planını elan etməsindən bir neçə gün sonraya təsadüf edir. İkinci Dünya müharibəsi zamanı yüz minlərlə koreyalı ya Yaponiya şirkətlərində məcburi işçi kimi, ya da Tokionun ordu tərəfindən idarə etdiyi bordellərdə seks kölələri kimi saxlanılırdı.

İki ölkə arasında münasibətlər Cənubi Koreyanın Ali Məhkəməsi 2018-ci ildə iki Yaponiya şirkətinin - Nippon Steel və Mitsubishi Heavy Industries-in – keçmiş koreyalı məcburi işçilərə və ya onların qohumlarına kompensasiya ödəməsinə dair qərar çıxarmasından sonra pisləşib.

Tokio bütün təzminatların iki ölkə arasında münasibətləri normallaşdıran və Cənubi Koreyaya milyonlarla dollarlıq iqtisadi yardım göstərən 1965-ci il müqaviləsi ilə həll olunduğunu israr edir.

Kompensasiya planı Yunun Yaponiya ilə gərginləşən münasibətləri bərpa etmək və Şimali Koreyanın nüvə təhdidlərinə qarşı Seul-Tokio-Vaşinqton arasında üçtərəfli təhlükəsizlik əməkdaşlığını gücləndirmək əzmini əks etdirir.

Ancaq bu, Yaponiya şirkətlərindən birbaşa təzminat tələb edən keçmiş məcburi işçilər və onların tərəfdarlarının dərhal reaksiyasına səbəb olub.