Cənubi Koreya Şimali Koreyanın 2 balistik raket atdığını bildirir

Cənubi Koreya ordusu bildirib ki, Şimali Koreya cümə axşamı şərq sahili yaxınlığına iki qısa-mənzilli raket atıb. Pxenyan bundan öncə Seul qüvvələrinin ABŞ qoşunları ilə birgə keçirdiyi canlı atəş təlimlərinə “qaçılmaz” cavab verəcəyi barədə xəbərdarlıq edib.

Cümə axşamı atılan raket bu il bənzər raket buraxılışlarından ən sonuncusudur. Keçən ay Şimali Koreyanın casus peyki buraxmaq cəhdi uğursuz olub.

Bu, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceys Sallivanın yaponiyalı və cənubi koreyalı həmkarları ilə görüş üçün Tokioda səfərdə olduğu bir vaxta təsadüf edir.

Sallivan Cənubi Koreyadan Ço Tae-yonq və Yaponiyadan Takeo Akiba ilə görüşərək, Şimali Koreyanın raket proqramını və Şimali Koreyanı nüvə silahı proqramından əl çəkməyə vadar etmək üçün illərdir aparılan və nəticə verməyən səyləri müzakirə edib.

Bu arada isə ABŞ Pekində fəaliyyət göstərən iki şimali koreyalı, Ço Çol Min və onun həyat yoldaşı Ço Un Canqa sanksiya tətbiq edib, çünki onların Pxenyanın kütləvi kütləvi qırğın silahları alması ilə əlaqələrinin olduğunu bildirib. ABŞ bildirib ki, cütlük Çin vətəndaşları ilə əlbir olaraq, Şimali Koreya raketlərinin istehsalına kömək etmək üçün material əldə etməyə və Pxenyan rejiminə gəlir əldə etmək üçün mindən çox şimali koreyalı işçinin Çinə getməsinə vasitəçilik edib.

ABŞ-ın Maliyyə Nazirliyi bu iki şimali koreyalının Birləşmiş Ştatlarda saxladığı hər hansı aktivlərinin dondurulduğunu bildirib.

Cənubi Koreya prezidenti Yun Sul Yeul müttəfiqlərin Şimali Koreyanı yayındırmaq üçün lazım olduğunu söylədiyi son güc nümayişi çərçivəsində Cənubi Koreya və ABŞ hərbçilərinin canlı atəş təlimlərini izləyib.

Şimali Koreya Milli Müdafiə Nazirliyi bildirib ki, təlimlər regionda hərbi gərginliyi artırır və Şimali Koreya qüvvələri “düşmənlər tərəfindən hər hansı etiraz və ya probokasiyalara” sərt şəkildə cavab verəcək.

Pxenyan ötən ay uğursuz bir şəkildə casus peyki orbitə buraxmağı cəhd edib. Bu, onun 2016-cı ildən bəri buraxdığı ilk peykdir.

Şimali Koreyanın balistik raket və nüvə silahları proqramları Birləş Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının ölkəyə sanksiya tətbiq edən qətnamələri ilə qadağan edilib, ancaq ABŞ prezidentlərinin Şimali Koreyanın nüvə təhlükəsini aradan qaldırmaq cəhdləri uğursuz olub.