Hamilə qızlar üçün məktəb [Video]

Your browser doesn’t support HTML5

Cənubi Afrikadakı yeniyetmə hamilə qızlar üçün xüsusi məktəb erkən doğan imkansızlara yadım göstərir. Cənubi Afrika tədqiqatçıları deyirlər ki, ölkədəki qızların 30 faizi 19 yaşna çatmazdan əvvəl hamilə olur. Onlardan yalnız üçdə biri hamilə olduqdan sonra məktəbdə qalır.

Bütün yaşıdları kimi bu yeniyetmə qızlar da məktəbdəki tənəffüsdə danışıb-gülür. Onların çoxu bu ilin axırınadək ana olacaq.

Pretoriyanın xəstəxana məktəbi yeniyetmə hamilə qızlara təhsillərini davam etdirmək imkanı verən yeganə təhsil ocağıdır. Hazırda bu məktəbdə 13-lə 19 yaş arasında 100 hamilə qız oxuyur. Onların çoxu ictimai qınaq üzündən əvəllər oxuduqları məktəblərini tərk etməli olub. Nikol həmin şagitrdlərdən biridir.

“Mənə elə gəldi ki, onlar məni qınayırdılar. Ona görə də mən məktəbi tərk etməli oldum. Mən 9-cu sinifdə oxuyanda 10-cu sinifdə oxuyan bir qız da hamilə idi və biz məktəbin koridorunda gəzərkən, qızlar “o hamilədir, o hamilərdir” deyirdilər.” İnsanlar asanlıqla qınamağa meylli olur.

Cənubi Afrika qanununa zidd olsa da, bəzi məktəblər hamilə qızları qovur. Belə olduqda isə hamilə qızların çoxu təhsilini yarımçıq qoymalı olur. Hamiləlik yuxarı sinif şagirdlərindən 30 faizinin məktəbi yarımçıq atmasına səbəb olub.

Doroti adlı bu qız məktəbdən qovulduqdan sonra bir neçə ay evdə qalmalı olub. O, bu məktəbi tapdıqdan sonra bu ilin əvvəlində buraya gəlib. Doroti bu məktəbdə özünü rahat hiss etdiyini deyir. “Burada məni yaxşı qarşıladılar və mən ayriseçkiliklə üzləşmədim. Çünki biz hamımız eyni vəziyyətdəyik. Analarımız da eyni kədəri, eyni sevinci bölüşür. Müəllimlərimiz bizə dəstək olur.”

Məktəbin müdiri Rina Van-Nikerk deyir ki, əsas məsələ buradakı hər şagirdi müvafiq təhsil səviyyəsinə çatdırmaq və onları bu səviyyədə saxlamaqdır.

“Bizim məktəbə gələnlər üçün möhlət yoxdur. Bəziləri məktəb ilinin ortasında gəlir. Hər yeni gələn qız o biriləri ilə eyni səviyyəyə çatdırılır. Problemlərimizdən biri də hamilə qızların dərs buraxmasıdır. Hamilə müddətində onlar tez-tez xəstələnirlər.”

1980-ci illərdə təsis edilən bu məktəb Cənubi Afrikada hamilə qızların təhsil aldığı yeganə məktəbdir.