Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd edilir.

Bu gün ölkənin bütün məscidlərində Qurban bayramı namazı qılınıb.

Bakıdakı Təzəpir məscidində qılınan bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə iştirak edib.

QMİ sədri bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Allahşükür Paşazadə Qurban bayramı namazında dünyada müha­ribələrin olmaması, Azərbaycanın torpaqlarını­n tezliklə azad olun­ması, vətən tor­pağını qoruyanlar, bu dü­nyadan köçənlər,­ alim-üləmalar üçü­n dualar edildiyini bildirib.

"Bundan əlavə, həm də ­ümumilli lider Heydər­ Əliyevi yada saldıq.­ Bu gün Əbülfəz Elçib­əyin vəfatı günüdür. ­Allah-təala ona da rə­hmət etsin, biz onu d­a yad etdik. Biz bütün Azərbaycan­, Azərbaycan xalqı və­ vətən üçün dualar et­dik. İnşallah Allah b­izim dualarımızı qəbu­l edəcək", o qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyevin Qurban bayramı münasibətilə xalqa təbrikində deyilir ki, bu gün Azərbaycan müsəlmanları Allah və din yolunda öz müqəddəs borcunu yerinə yetirir.

“Qurbanlar kəsilir, imkansızlara və ehtiyacı olanlara yardımlar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir.

İnanıram ki, bu mübarək bayram müstəqil Azərbaycan Respublikasının tərəqqisi naminə xalqımızın qəhrəmanlıq və fədakarlıq qüdrətini artıracaq, ölkəmizdə vətəndaş sülhünü və milli-mənəvi həmrəyliyi daha da gücləndirəcəkdir", prezident qeyd edib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində bayram edilir. Qurban bayramı ilə əlaqədar avqustun 22 və 23-ü qeyri-iş günüdür.