ABŞ Səfirliyi Azərbaycanlı oğlanlar üçün innovasiya düşərgəsi təşkil edir

Azərbaycanlı Oğlanların İnnovasiya Düşərgəsi (Azerbaijan Boys Innovation Camp)

Amerika təhsilli məzunların təşəbbüsü və ABŞ-ın Azərbaycandakı Səfirliyi sentyabrın 2-dən 7-dək “Azərbaycanlı Oğlanların İnnovasiya Düşərgəsi”ni (Azerbaijan Boys Innovation Camp) təşkil edəcək.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi facebook səhifəsinəd məlumat yayıb.

Səfirlik bildirir ki, düşərgənin həyata keçirilməsində məqsəd Azərbaycanın Gəncə, Mingəçevir, Şəki, İsmayıllı, Şəmkir və Qəbələdən olan məktəbli gənclərinin informasiya-kommunikasiya texnologiyaları sahəsində məlumatlılığını artırmaq və onlara biznes bacarıqlarını aşılamaqdır.

İştirakçılar Amerika təhsilli məzunların mentorluğu altında öz biznes ideyalarını formalaşdırıb və bu ideyaların yaşadıqları icmalarda tətbiqi yollar haqqında müzakirələr aparacaqlar.