ABŞ Səfirliyi məktəblilər üçün ingilis dili yay düşərgəsi təşkil edib

Yay düşərgəsi

ABŞ-ın Azərbaycandakı Səfirliyi, Amerika Mərkəzi və bölgələrdə yerləşən dörd Amerika Guşəsi İsmayıllı rayonunda yerləşən Talistan Forest Parkinda “iLearn” ingilis dili yay düşərgəsi təşkil edib.

ABŞ-ın Azərbaycandakı Səfirliyi facebook səhifəsində bildirir ki, düşərgəyə Xaçmaz, Salyan, Kürdəmir və Gəncə şəhərlərindən 60 nəfər məktəbli qatılıb.

Yay düşərgəsi

“Beş günlük düşərgə Azərbaycanın rayonlarında yaşayan gənclərin imkanlarının və hüquqlarının artırılması, vətəndaş məsuliyyətini, cinsi bərabərliyi inkişaf etdirmək məqsədi daşıyır. Düşərgədə məktəblilər ictimai danışıq, komanda işi, unsiyyət bacarıqların inkişafı, İcma Layihəsinin İnkişafı, Cəsarət və Şəxsi Hədəflərin qoyulması kimi mövzuları müzakirə edib”, məlumatda qeyd edilir.