Avtomobil dayanacağında 50-dən çox avtomobilin yandığı deyilir

Yanğın

Iyunun 29-da Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.

FİN bildirir ki, baş vermiş yanğın saat 15:11 dəqiqədə söndürülüb.

“Yanğın zamanı xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək”, nazirlik qeyd edib.

Yerli medianın yazdığına görə, isə yanğın baş verən ərazi Baş Dövlət Yol Polisi İdarəsinə məxsus 11 saylı cərimə meydançasıdır.

Xəbərdə qeyd edilir ki, 3 hektara yaxın ərazidə quru otluq sahə yanıb.

Yanğın nəticəsində cərimə meydançasında saxlanılan 50-dən çox avtomobilin yandığı vurğulanır.

Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Məlumata görə, yanan avtomobillər qəzaya uğramış və istismara yararsız maşınlardır.