Fitosanitar Nəzarət Xidmətinin rəhbəri vəzifədən azad edilib

Quliyevin yerinə Ələddin Eyvazov təyin edilib

Camal Quliyev Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Bu barədə bu gün Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Quliyevin yerinə Ələddin Eyvazov təyin edilib.

Quliyevin vəzifədən kənarlaşdırılması pambıq sahələrində işçilərin kütləvi zəhərlənmələrindən sonra baş verib.

Son günlər Saatlı, Tərtər və İmişli rayonlarında sahələrdə işçilərin kimyəvi maddələrdən kütləvi zəhərlənməsi faktları qeydə alınıb. Ümumilikdə 180 nəfər tibbi yardım üçün müraciət edib. Onlardan 12-si hələ də İmişli rayonunda xəstəxanadadır.