Senatorlar Azərbaycanda LGBT icmasına təzyiqlərdən narahatdır

LGBT in Azerbaijan

Bir qrup amerikalı senator Azərbaycanda LGBT icması üzvlərinin saxlanması ilə əlaqədar ABŞ dövlət katibinə müraciət edib.

Onlar ABŞ administrasiyasını bu məlumatları araşdırmağa və təzyiqlərlə bağlı hər hansı məlumat təsdiqlənərsə bunu pisləməyə çağırıb.

Bu haqda Human Rights First hüquq-müdafiə təşkilatı (https://www.humanrightsfirst.org/press-release/senators-urge-trump-administration-investigate-reported-persecution-azerbaijans-lgbt) məlumat yayıb.

Müraciətin təşəbbüskarları respublikaçı senator Pat Tommi və democrat Ron Viqendir.

Onlar regionda LGBT nümayəndələrinə təzyiqlərin artdığını qeyd edirlər. Həmçinin məktubu senatorlar Tammi Baldvin, Susan Collins, Jeffrey Merkley, Marco Rubio, Jeanne Şahin və Tom Tillis də imzalayıb.

Məktubda ümid edilir ki, dövlət katibi Tillerson senatorların çağırışını eşidəcək və bu məsələ ilə məşğul olacaq.

Yerli medianın məlumatına görə sentyabrın ortalarında Azərbaycanda onlarla LGBT nümayəndəsi saxlanılıb. Onlar inzibati cərimələrə və həbslərə məruz qalıb.

Polis bunu ictimai asayişin qorunması və saxlanılanların turistlərə "pullu intim xidmətlər" təklif etməsi ilə izah edib.

Bu hərəkət beynəlxalq rezonans doğurub və həbs edilənlərin çoxu buraxılıb.

Rəsmi məlumatlara görə, 56 nəfər inzibati qaydada həbs edilib. Onların 32-də yolxucu xəstəlik aşkar edilib və müalicəyə göndərilib.

Oktyabrın 2-də Baş Prokurorluğun yaydığı məlumata görə, həbs olunan olmayıb.