ABŞ Ağsuda əlilliyi olan insanlar üçün seminar keçirəcək

ABŞ Ağsuda əlilliyi olan insanlara seminar keçirir

ABŞ fiziki məhdudiyyəti olan insanların hüquqlarını qorumaq üçün beynəlxalq arenada, həmçinin Azərbaycanda aktiv fəaliyyət göstərir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində yazıb.

“Biz Ağsuda (Bakıdan 153 kilometr qərb) yerləşən fiziki məhdudiyyətli insanların reabilitasiyası ilə məşğul olan Gülsam İctimai Birliyini dəstəkləməkdən qürur duyuruq. Növbəti 6 ay ərzində Gülsam İctimai Birliyi qadınlara və əlilliyi olan insanlara təhsil, iş, evlilik və digər sahələrdə hüquqlarını müdafiə etmək üçün müxtəlif seminarlar təşkil edəcək”, səfirlik bildirir.