“Pirallahı” günəş-elektrik stansiyası açılıb

Pirallahı günəş-elektrik stansiyası

İyulun 21-də prezident İlham Əliyev “Pirallahı” günəş elektrik stansiyasının açılışında iştirak edib.

Prezidentin rəsmi saytının məlumatına görə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib ki, layihənin məqsədi Bakının Pirallahı rayonunda əhalinin və sosial obyektlərin yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji ilə təminatından ibarətdir.

İlham Əliyev Pirallahı günəş-elektrik stansiyasında

“Pirallahı” günəş elektrik stansiyasının tikintisinə 2014-cü ildə başlanılıb. Tikinti 6 hektar ərazidə aprılıb. İlkin mərhələdə 1,2 meqavat gücə malik stansiya istifadəyə verilib. Bu mərhələdə 4 min günəş paneli quraşdırılıb. Gələcəkdə Pirallahı rayonunda külək elektrik stansiyalarının da tikintisi nəzərdə tutulub.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin məlumatına görə, hazırda ölkədə daha bir neçə məntəqədə alternativ elektrik staniysalarının tikintisi davam etdirilir.