Dövlət itthamçısı Taleh Bağırova ömürlük həbs cəzası istəyib [Video]

Your browser doesn’t support HTML5

Dövlət itthamçısı Taleh Bağırova ömürlük həbs cəzası istəyib

Məhkəmə qarşısına çıxarılan şəxslər ittihamları qəbul etmir və sifariş olduğunu bildirir

Dekabrın 26-sı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.

Dövlət ittihamçısı məhkəmədən "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırova ömürlük, onun müavini Abbas Hüseynova 20, Cabbar Cabbarova 19, Rasim Cəbrayılova 17, Ramin Yariyevə 10, AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya 11, qalanlarına isə 15 il həbs cəzası istəyib.

2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat zamanı atışma nəticəsində ikisi polis olmaqla 6 nəfər öldürülüb. Bu iş üzrə əksəriyyəti “Müsəlman Birliyi” Hərəkatının üzvləri və tərəfdarları olmaqla, ümumilikdə 70-ə yaxın insan məsuliyyətə cəlb olunub. Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə - konstitusiya quruluşunun zorla dəyişdirilməsi, mütəşəkkil silahlı cinayətkar qrup yaratmaq və b. ittiham olunur.

Məhkəmə qarşısına çıxarılan şəxslər ittihamları qəbul etmir və sifariş olduğunu bildirir.