Avis Tibb Marketlərinin direktoru saxlanıb

Avis Tibb Marketlərinin direktoru saxlanıb

"Avis" Tibbi Marketlərinin direktoru Elmir Məhərov şübhəli şəxs qismində saxanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Amerikanın Səsinə bildirblər ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübrarizə Baş İdarəsi “Avis” apteklərində əməliyyat keçirib. Əməliyyat zamanı süni qiymət artımı digər pozuntular aşkar edilib.

Mətbuat xidməti ictimaiyyətə geniş məlumat veriləcəyini bildirib.

“Avis” Tibbi Marketlər şəbəkəsi Azərbaycanda 1998-ci ildən fəaliiyyət göstərir. Marketlər şəbəkəsinin Bakıda çoxsaylı aptekləri var.