Avropa Oyunlarına həsr olunmuş xatirə pul nişanları dövriyyəyə buraxılıb

Avropa Oyunlarına həsr olunmuş xatirə pul nişanları dövriyyəyə buraxılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) I Avropa Oyunlarının Azərbaycan tarixində həkk olunması məqsədilə yüksək əyarlı müxtəlif qiymətli metallardan hazırlanmış xatirə pul nişanlarını tədavülə buraxıb.

AMB-nin məlumatına görə, xatirə pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında hazırlanıb.

Pul nişanlarının dizayn mövzusu 5 idman növünə həsr olunub, üz tərəfində hər bir idman növünün təsvirləri, arxa tərəfində isə Azərbaycan gerbi, aypara və milli ornamentlər əks etdirilib. Pul nişanları ən yüksək estetik tələblərə və beynəlxalq standartlara uyğun hazırlanıb.

Xatirə pul nişanlarının satışı kommersiya bankları və Avropa Oyunları üzrə satış məntəqələri vasitəsilə həyata keçirilir.

Avropa Oyunları iyunun 12-28-də keçiriləcək. Oyunlarda 6.000-dən çox idmançı iştirak edəcək.