ABŞ səfirliyi: Amerika Azərbaycanla mülki aviasiya sahəsində işi davam etmək ümidindədir

Şəkil ABŞ-ın Azərbaycandakı səfirliyinin facebook səhifəsindən götürülüb

AZAL ABŞ-a birbaşa uçuşlara başlayıb

Birləşmiş Ştatların Azərbaycandakı Səfirliyi Azərbaycan Hava Yollarının Birləşmiş Ştatlara etdiyi ilk birbaşa uçuşunu böyük məmnunluqla bəyan edir.

Bu kimi uçuşlar turizmin və yük daşımalarının inkişafına təkan verəcək və insanlar arasında münasibətləri genişləndirərək iki dövlət arasında olan dostluğu gücləndirəcək. Bu barədə Amerikanın Bakıdakı səfirliyinin mətbuat üçün açıqlamasında deyilir.

Azərbaycan Hava Yolları” (AZAL) QSC sentyabrın 24-də Bakı-Nyu-York-Bakı reysi ilə birbaşa uçuşlara başlayıb. “AZAL”a məxsus “Aerobus-340” təyyarəsi Bakı Beynəlxalq Aeroportundan ilk reysini edib.

AZAL rəsmisi bildirib ki, Nyu-Yorka uçuşlar ilk aylarda həftədə iki dəfə reallaşdırılacaq və dekabrın 1-dən reyslərin sayı 3-dək artırılacaq.

“Biz Azərbaycan hökumətini son bir neçə il göstərdiyi əzmkarlıq və peşəkarlıq nəticəsində əldə olunmuş uğurA görə təbrik edirik. ABŞ hökuməti gələcəkdədə Azərbaycanla mülki aviasiya sahəsində işi davam etmək ümidindədir”, deyə səfirlik bildirir.

Açıqlamada deyilir ki, ilk hava reysinin gerçəkləşməsi ABŞ və Azərbaycan hökumətlərinin bir neçə illik əməkdaşlığın zirvə nöqtəsidir.

“ABŞ-ın Ticarət və İnkişaf Agentliyi Beynəlxalq Aviasiya Təşkilatının üzvü olan Azərbaycana edilən aviasiya təhlükəsizliyinin texniki yardımının iki mərhələsini maliyyələşdirmişdir. Bunun sayəsində Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycanın üzərinə düşən səkkiz mühüm təhlükəsizlik elementinə dair öhdəlikləri daha səmərəli yerinə yetirə bilib.

2014-cü ilin martında isə beynəlxalq aviasiya təhlükəsizliyinin qiymətləndirilməsini uğurla keçən Azərbaycan ABŞ-ın Federal Aviasiya Administrasiyası tərəfindən aviasiya təhlükəsizliyi sahəsində 1-ci ranq kateqoriyası alıb. Bu isə Azərbaycanın hava daşıyıcılarına birbaşa ABŞ-a uçuş etmək icazəsi verir. Azərbaycan Hava Yolları və ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının son aylarda etdiyi əməkdaşlıq nəticəsində, Azərbaycanın ABŞ-a birbaşa hava reyslərinın keçirilməsi üçün bütün aviasiya təhlükəsizlik tələblərinə uyğun olması təmin edilib”, səfirlik bildirir.