Rəsmi məlumatlara görə, bu il 11-ci sinfi 91 484 nəfər bitirib
Mayın 31-də Azərbaycanın ümumtəhsil məktəblərində son zəng səslənib.
Rəsmi məlumatlara görə, bu il 11-ci sinfi 91 484 nəfər bitirib, bu, ötən ilə nisbətən bir qədər azdır (92 178).
Məktəblərdə saat 10.00-dan 13.00-a qədər son zəng tədbirləri keçirilib.
Eyni zamanda, Təhsil Nazirliyi xəbərdarlıq edib ki, məktəblərdən kənarda keçirilən şənliklər zamanı şagirdlərin təhlükəsizliyinə görə məsuliyyət valideynlərin üzərinə düşür.
Polis gücləndirilmiş iş rejimində işləyir.