Son zamanlar vala qulaq asanların sayı artıb

  • Nərminə Cəlalqızı

Son zamanlar vala qulaq asanların sayı artıb

Vallar bəzi insanlara 1960-70-ci illəri, Rok-and Roll-un məşhur vaxtlarını xatırladır. O vaxtlar musiqisevərlər vallarda Elvis Presli və Beatles qrupuna qulaq asırdılar

20-ci əsrdə musiqinin yayılmasında valların böyük rolu olmuşdu. Lakin audio kasetlər, rəqəmsal media, daha sonra isə CD- və MP3-ün meydana gəlməsi ilə vallar demək olar ki, yoxa çıxdı. Vallar bəzi insanlara 1960-70-ci illəri, Rok-and Roll-un məşhur vaxtlarını xatırladır. O vaxtlar musiqisevərlər vallarda Elvis Presli və Beatles qrupuna qulaq asırdılar.

Val kolleksioneri, 19 yaşlı Sara Qrifits son zamanlar daha çox köhnə val aldığını deyir.

Conaton Oldmiksonun isə 30 yaşı var. Onun fikrincə val yalnız kolleksiya üçündür. “Mən o qədər də fərq görmürəm, Lakin bəzən vala qulaq asarkən müəyyən fərq hiss edirsən, valın üzərindəki şəkillər də gözəl olur.” -deyə, o bildirir.

Birləşmiş Ştatlarda audioların satıldığı Nielsen Sound Scan-in məlumatına görə keçən il 3 milyona qədər val satılıb. Bu ilin iyun ayında isə keçən illə müqayisədə valların satışı 40 faiz artıb. Buna baxmayaraq hələ də Birləşmiş Ştatlarda CD və MP3-lər vallara nisbətən daha çox satılır.

Crooked Beat-ın Bill Deyli valların satışının onlayn vasitəsi ilə də atırdığını deyir. O, hər gün sifariş qəbul edildiyini və bunun da səbəbinin bəzi ölkələrdə artıq val mağazalarının olmadığına görə olduğunu deyir.

Virciniya ştatındakı MFG şikrəti əsasən CD və DVD istehsalı ilə məşhur idi. Lakin indi bu şirkəıtin əsas məhsulu vallardır. Erik Astor şirkətin başçısıdır. O, vallara olan tələbatın getdikcə artdığı üçün çətinliklərin olduğunu deyir. “Yeni vallar istehsal etmək üçün texnikamız yoxdur. 1980-ci illərin texnikasından istifadə edirik. Bunu üçün texniki cihazlar tapmaq çətindir.”

Astorun şirkəti Almaniya və Hollandiyanın val şirkətləri ilə əməkdaşlıq edir. O, ildə iki milyondan çox val istehsal edildiyini və vala olan tələbatın daha da artacağını deyir.