BMT-nin Ərzaq proqramı Somaliyə ilk yardım təyyarələri göndərir. Təşkilatın direktoru Cozett Şiranın dediyinə görə, təcili yardım daşıyan təyyarələr paytaxt Moqadişuya istiqamət alacaq. Əlavə təyyarələr qonşu Efiopiya və Kenyaya göndəriləcək. Bu gün Kenyanın paytaxtı Nayrobidə donorların Somalidəki aclıqla bağlı konfransı keçirilir. Məqsəd gələn 12 ay üçün 1.6 milyard dollarlıq vəsait toplamaqdır. BMT-nin bildirdiyinə görə, 11 milyon insan aclıq böhranı ilə üzləşib. Bu isə əhalinin üçdə birinin təcili yardıma ehtiyacı olduğu deməkdir.