Somalidə on minlərlə insan aclıqdan ölüb

Somalidə on minlərlə insan aclıqdan ölüb

BMT Somalinin cənub bölgəsinin iki hissəsində aclıq olduğunu bəyan edib. Somali yarımadasında son 10 ilin ən quraq ili keçir.

Təşkilat açıqlayıb ki, aclıq Bakul və Aşağı Şabel regionlarında mövcuddur və BMT baş katibi Ban Ki Mun ərzaq qıtlığının qarşısını almaq üçün təcili addımlar atılmasa, vəziyyətin daha da pisləşəcəyi barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, Somali yarımadasında əhalinin yarısı, 3.7 milyon insan bu böhranın tərkib hissəsidir. Cənab Ban jurnalistlərə deyib ki, somalililərin ölüm sayı qorxulu səviyyədədir və kiçicik bir ləngimə daha çox insanın ölümü ilə nəticələnəcək.

BMT-nin Somalidəki qərargahının rəhbəri Mark Bouden deyib ki, Somalidə ərzaq qıtlığından on minlərlə insan həlak olub. Təşkilat bildirib ki, yalnız Somalidə növbəti 2 ay ərzində insanların ərzaq ehtiyacını ödəmək üçün 300 milyon dollarlıq yardım lazımdır.

ABŞ dövlət katibi Hillari Klinton Amerikanın Somaliyə əlavə 28 milyon dollarlıq yardım göstərəcəyini bəyan edib. Bu gün Somali prezidenti Şeyx Şərif Şeyx Əhməd köckünlərin paytaxt Moqadişudakı düşərgəsində olub.