BMT-nin UNICEF agentliyi bildirib ki, Somalidə quraqlıq və aclıq nəticəsində qida çatışmazlığı ilə qarşılaşmış uşaqların sayı artır.
UNICEF bildirib ki, bu ilin sonuna qədər 1.4 milyon uşağın ciddi qida çatışmazlığı problemi ilə qarşılaşacağı, 275 min uşağın isə aclıq səbəbi ilə ölə biləcəyi gözlənilir.
Qida çatışmazlığı və xəstəliklər, üstəlik yerlərindən didərgin düşmək uşaqlar üçün ölümlə nəticələnə bilərMariksi Merkado
Təşkilatın sözçüsü Mariksi Merkado deyib ki, qida çatışmazlığı uşaqları xəstəliklər riski qarşısında qoyur. Onun bildirdiyinə görə, susuzluqdan əziyyət çəkən uşaqlar ishal və vəba kimi xəstəliklər nəticəsində ölüm təhlükəsi qarşısında qalır.
"Qida çatışmazlığı və xəstəliklər, üstəlik yerlərindən didərgin düşmək uşaqlar üçün ölümlə nəticələnə bilər", deyə o bildirib.
Somali ciddi quraqlıq riski qarşısındadır. Son 25 il ərzində bu, ölkədə üçüncü ciddi quraqlıdır.
2011-ci ildə Somalidə quraqlıq nəticəsində 260 min insan həyatını itirib. Onların çoxu qadın və uşaqlar olub.