Somalinin paytaxtında günlü bomba partlayışı

Somalinin paytaxtında intihaçı hücumu nəticəsində 10 nəfər həyatını itirib, 15 nəfər xəsarət alıb.

Maşına yerləşdirilmiş bomba Moqadişunun ən hərəkətli Əl-Mükarama yolunda partladılıb.

Amerikanın Səsinin Somali xidmətinin hadisə yerində olan müxbirinin bildirdiyinə görə, 7 nəfər hadisə yerindəcə ölüb, qalan 3 nəfər isə daha sonra xəstəxanada həyatını itirib.


Adı açıqlanmayan təhlükəsizlik mənbəyinə istinadən bildirilir ki, bomba yerləşdirilmiş maşın qanunvericilərin konstitusiyaya dəyişiklər barədə müzakirə keçirdiyi parlamentə yaxınlamaq istəyib.

Qurbanların əksəriyyəti yaxınlıqdakı supermarketdən alış-veriş edənlər olub.

Qurbanlardan birinin ailə üzvü 6 nəfərdən ibarən ailənin supermarketə gedərkən partlayışa tuş gəldiyini, onlardan 2-nin həlak olduğunu, 3-nün isə yaralandığını bildirib.


Bu arada, Moqadişudan 120 km. cənubda yerləşən Bulo marere kəndində 24 hərbi maşın hədəf alınıb.

39 Afrika İttifaqı əsgərinin həlak olduğu hücumun məsuliyyətini Əl-Şəbaba qrupu üzərinə alıb. Lakin ordu ölənlərin sayının şirşirdildiyini bildirir.