Hashim Yonis park və əyləncə komissarı vəzifəsinə namizədliyini irəli sürüb.O, yad olduqlarını düşünüən gənc somaliləri bu hissiyatdan uzaqlaşdırmağa çalışır. “Mənim yaşıdlarım özlərini itmiş nəsil hesab edir. Onlar ğzlərini ənənəvi Somali icmasının üzvü hesab etmir. Bir ayaqları ABŞ-da, bir ayaqları Somalidədir.”
Bir çox gənc somalili uzummüddətli vətəndaş müharibəsindən qaçanların uşaqlarıdır. Amerika həyatına assimilyasiya edə bilməyənlər məktəbləri atır, iş tapa bilmir, cinayətkar qruplaşmalara qoşulur.
Nimko Ahmed Minneapolis bələdiyyə şurasında çalışır. Onun dediyinə görə, müharibə və məcburi yerdəyişmə ailələrin ənənəvi strukturunu pozub. “Atalarımızın əksəriyyəti burada deyil, ya da çoxdan ölüb. Oğlan uşağı üçün atasızlıq asan deyil.”
2007-ci ildə Efiopiyanın Somaliyə hərbi müdaxiləsi bəzi somalililər tərəfindən ölkələrinin suverenliyinin pozulması kimi qiymətləndirilir. Baxmayaraq ki, Efiopiya qüvvələri Somali hökumətinin tələbi, Afrika Birliyi və ABŞ-ın dəstəyi ilə ölkəyə yerləşdirilib.
Din, millətçilik və digər amillərin qarışığı ilə islamçı yaraqlı qrupu Əl-Şəbəb 20 amerikalı somalilini sıralarına cəlb etməyə nail olub.
Hussein Egal onların Əl-Şəbəbə qoşulmasını dəstəkləyən azlıq arasındadır. “Biz bu insanların nəyə görə vətənlərinə qayıtdığından danışmırıq. Onlar şərəf və ləyaqətlərinin,vətəmlərinin suverenliyini qorumaq üçün oraya gedib.”
Lakin çoxluq başqa fikirdədir. Yonis və bir çoxları gəncləri terrorçu qruplaşmalardan uzaq saxlanmasına,onların təhsil almasına və Amerika icmasına inteqrasiyasına çalışır.