Günəş enerjisi ilə işləyən təyyarə dünya turuna başladı

Dünya ətrafında uçuşa hazırlaşan günəş enerjisi ilə işləyən Solar Impulse-2 təyyarəsi bu gün Əbu Dabidən havaya qalxaraq ilk dünya səyahətinə başlayıb.

Tək oturacağa sahib təyyarənin 72 metr uzunluğundakı qanadı Boeing 747 təyyarəsinin qanadından uzun, ağırlığı isə təxminən bir avtomobilə bərabərdir. Sİ-2-nin 72 metr uzunluğundakı qanadlarına 17 mindən çox günəş batareyaları yerləşdirilib. Batareyalar 52 kilovat gücə qədər enerji hasil edir. Batareyalar həmçinin təyyarənin gecə işləməsi üçün dörd elektrikli mühərrikin qoşulu olduğu akkumulyatoru doldurur.

Təyyarə iki alim Bertrand Pikkard və Andre Borşberq tərəfindən 12 il ərzində düzəldilib.