Solar Impulse-2 Sakit Okeanı keçməyə çalışır

Günəş enerjisi ilə çalışan İsveç təyyarəsi pis hava şəraiti səbəbiylə dünya boyu səyahətinin ən çətin anlarını yaşayır.

"Solar Impulse 2" təyyarəsi Sakit okeanı keçmək üçün Yaponiyanın Naqoya şəhərinə enəcək.

SI2 iki isveç alimi tərəfindən dizayn edilib. Təyyarənin tam istifadəyə verilməsi 12 il vaxt alıb.

Təyyarə Sakit Okeanı keçmək üçün səyahətinə bazar günü başlayıb. SI2 Çinin Nancinq şəhərindən ayrılaraq 8500 km uzaqda yerləşən ABŞ-ın Havay ştatına istiqamət alıb.

Bazar günkü uçuş hava şəraiti səbəbiylə bir neçə dəfə təxirə salınmadan sonra başlayıb.

Sakit Okeanını keçmək təyyarənin 35000 km-lik səyahətinin 6-cı hissəsidir.

Tək oturacaqdan ibarət təyyarənin 72 metr uzunluğunda qanadlarına 17000 günəş batereyası quraşdırılıb. Batereyalar günəş enerjisindən istifadə edərək təyyarənin gecə uçması üçün litium-ion batereyasını doldurur. Qanadların ağırlığı təxminən avtomobil qədərdir və Boeing 747 təyyarəsinin qanadından uzundur.