Misirdə səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev Qahirədə ölkənin baş naziri İsmayıl Şərif ilə görüşüb.
SOCAR-ın mətbuat xidmətinin məlumatına görə, Rövnəq Abdullayev SOCAR-ın Misirə xam neft təchizatı və EGPC şirkəti ilə mövcud əməkdaşlıq əlaqələrindən danışıb, SOCAR-ın Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələr barəsində məlumat verib.
SOCAR prezidenti Misirdə əməkdaşlıq imkanları olduğu təqdirdə bu ölkədəki layihələrdə iştirak etməyə maraq göstərildiyini də ifadə edib. r.
Misir baş naziri İsmayıl Şərif SOCAR-ın Misirdəki fəaliyyətini yüksək qiymətləndirib. Misirin neft-qaz sənayesində investisiya imkanlarının geniş olduğunu qeyd edən Şərif SOCAR-ı bu imkanları dəyərləndirməyə dəvət edib və Misir dövlətinin SOCAR-ın bu ölkədəki işgüzar fəaliyyətini dəstəkləməyə hazır olduğunu vurğulayıb.