Hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır
SOCAR-ın Nəqliyyat İdarəsinin çilingəri aldığı xəsarətdən dünyasını dəyişib.
SOCAR-ın yaydığı məlumata görə, bu gün Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəzarət Departamentində çilingər işləyən Muradov Ələddin Zığ-2 istehsalat sahəsində “Senebogen” markalı qaldırıcı kranı demontaj edərkən sığortalayıcı tədbirləri həyata keçirmədən seksiyaları birləşdirən barmaqları çıxarıb və bu zaman açılan seksiya onun baş nahiyəsinə düşərək xəsarət yetirib.
O, aldığı xəsarətdən ölüb.
Hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır.