ARDNŞ-nin xaricdəki müəssisələrindən benzin gətirilməsi haqqında yayılan məlumatlar yalandır, böhtandır və xalqı aldatmaq məqsədi daşıyır
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bir sıra yerli KİV-lərdə ölkədə benzinin qiymətinin artması ilə bağlı yazılan yazılara aydınlıq gətirib.
ARDNŞ bəyan edib ki, Aİ-98 markalı avtomobil benzini Azərbaycanda istehsal olunmadığı üçün onun satış qiyməti heç vaxt dövlət tərəfindən tənzimlənməyib.
"Aİ-95 markalı avtomobil benzininin 2014-cü il aprelin 1-dən idxal olunması və qiymətinin sərbəst buraxılması haqqında qərar verilməsinə gəlincə, buna səbəb Azərbaycanda yüksək oktan ədədli yanacaq istehlakının qısa müddət ərzində bir neçə dəfə artması, mövcud istehsal güclərinin isə həmin tələbata adekvat olmamasıdır", məlumatda deyilir.
Dövlət Neft Şirkətinin avtomobil benzinləri istehsalı ilə məşğul olan H.Əliyev adına Bakı Neft Emalı zavodunda Aİ-95 markalı benzinin istehsalının dayandırılması da bununla əlaqədardır.
Həmin zavodun benzin istehsal edən əsas qurğuları hal-hazırda əsaslı təmirə dayandırılıb.
Təmirdən sonra zavodda Aİ-95 benzini istehsal edilməyəcək.
ARDNŞ, dünyanın heç bir ölkəsində avtomobil benzini istehsal edən heç bir emal müəssisəsinə və yaxud heç bir belə müəssisənin səhmlərinə malik olmadığını bəyan edib.
Odur ki, Azərbaycana guya ARDNŞ-nin xaricdəki müəssisələrindən benzin gətirilməsi haqqında yayılan məlumatlar yalandır, böhtandır və xalqı aldatmaq məqsədi daşıyır.
Aİ-95 Premium və Aİ-98 markalı avtomobil benzinlərinin sərbəst bazar qiymətləri ilə idxal olunması haqqında qərar bu fəaliyyət növü ilə məşğul olan treyderlərə imkan verəcək ki, ölkəyə azad bazar şərtlərinə uyğun şəkildə yüksək keyfiyyətli məhsullar idxal etsinlər və bu sahədə tələbatı sağlam rəqabət şəraitində ödəyə bilsinlər.
ARDNŞ bildirir ki, hazırda dünyanın aparıcı şirkətləri ilə birlikdə layihələndirilən yeni Neft-Qaz Emalı və Neft Kimyası Kompleksinin inşa olunması məqsədi ilə bütün qüvvələrini səfərbər edib.
Həmin Kompleksin tikilib istismara buraxılması ilə Azərbaycanda AVRO-5 standartlarına uyğun yüksək oktan ədədli və keyfiyyətli yanacaq məhsullarına olan tələbat tam şəkildə ödənilə biləcək.