ABŞ-ın sabiq kəşfiyyat kontraktorunun Moskva hava limanında tranzit zonada olması ehtimallarına baxmayaraq rəsmi Moskva Edvard Snoudenin Rusiya ərazisinə daxil olmasını təkzib edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Snoudenin səfər planında Rusiyanın rolu olmayıb.
Obama administrasiyası ikitərəfli münasibətləri davam etdirmək məqsədi ilə Moskvanın Snoudeni geri - Birləşmiş Ştatlara qaytarmasını tələb edir.
Dünən ABŞ dövlət katibi Con Kerri deyib ki, Moskva əməkdaşlıq etmədiyi təqdirdə bunun mənfi nəticələri ola bilər.
Ağ Ev Pekini həbs üçün etibarlı dəlil olmasına baxmayaraq Snoudenin Çinin yarı-muxtar Honq Konq şəhərindən getməsinə imkan verməkdə təqsirləndirib. Ağ Ev bunun birmənalı şəkildə ABŞ-Çin münsibətlərini pozacağını deyib.
Pekinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyanq deyib ki, ittihamlar əsassız və qəbuledilməzdir.