Dünyanın ən inkişaf etmiş iqtisadi qüdrətlərində işsizliyin yüksək səviyyədə qalması ikinci qlobal böhranın qarşısını almağa çalışan siyasi liderlər üçün ciddi problem yaradır.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT)çərşənbə günü açıqladığı hesabatda deyilir ki, qrupa üzv 34 ölkədə işsizlik oktyabr ayında 0.1 faiz artaraq 8.3 faizə çatıb.
İƏİT bildirir ki, oktyabr ayında ümumilikdə 45.1 milyon adam işsiz qalıb. Ən böyük artım Avropada qeydə alınıb.
Avro zonrasında işsizlik 10.3 faizə çatıb. Bu, qlobal maliyyə böhranı kulminasiya nöqtəsinə çatdıqdan bəri ən yüksək göstəricidir.
Ən pis durum İspaniya və Hollandiyada müşahidə olunur. İspaniyada işsizlik 22.8 faiz təşkil edir. İqtisadçılar ehtiyat edirlər ki, vəziyyət bu məcrada davam edərsə tezlikıə Avropanın dördüncü ən iri iqtisadiyyatı olan İspaniya Yunanıstana qoşularaq beynəlxalq yardım üçün müraciət etməli olacaq.