Siyasi partiyalar Anar Məmmədliyə azadlıq tələb edir

SMDT

Nəsimi Rayon Məhkəməsi Anar Məmmədli barədə üç aylıq həbs qətimkan tədbiri seçib
Ümid Partiyası Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin həbsini pisləyir.

Partiyanın bəyanatında quruma qarşı baş verən təzyiqlərə son qoyulması, A.Məmmədli barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, obyektiv məhkəmə araşdırmasının aparılması tələb olunur.

Vətəndaş və İnkişaf Partiyası da analoji bəyanatla çıxış edib. Sənəddə A.Məmmədlinin qondarma ittihamla həbs olunması pislənilir və bu addım hakimiyyətin öz tənqidçilərinə yönələn qisas aktı kimi qiymətləndirilir.

Bəyanatda qeyd olunur ki, A.Məmmədlinin həbsi ölkənin onsuz da korlanmış beynəlxalq nüfuzuna növbəti zərbədir.

Öz növbəsində Milli Şura, Müsavat Partiyası, AXCP, çoxsaylı hüquq müdafiə təşkilatları, ziyalılar Anar Məmmədlinin həbsini siyasiu adlandırır və onun həbsdən azad edilməsini tələb eüdir.

Dekabrın 16-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli həbs edilib.

Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 192.2.2-ci (mütəşəkkil dəstə tərəfindən qanunsuz sahibkarlıq fəaliyyəti) və 213.2.2-ci (külli miqdarda gəlir əldə etməklə vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Nəsimi Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün üç aylıq həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.