Müstəntiqlər ofisdə bütün sənədlərlə tanış olublar
“Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”ndə yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində müvafiq araşdırmalara başlanılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti Amerikanın Səsinin sorğusunun cavabında bildirib.
Mətbuat xidməti araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirib.
Mətbuat xidməti araşdırmanın təfərrüatları ilə bağlı məlumat verməyib.
Oktyabrın 31-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müstəntiqləri Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) Vaqif prospekti 3, mənzil 156-da yerləşən ofisində axtarış aparıb. Axtarış beş saatdan çox davam edib.
Müstəntiqlər ofisdə bütün sənədlərlə tanış olublar. Maliyyə sənədlərini, tədbirlərin proqramlarını, nəşrləri, bukletləri götürdülər. Ümumilikdə 20 qovluqda olan sənədləri və iki kompüterin prosessorunu apardılar.
SMDTM-i prezident seçkilərindən sonra seçkilərin beynəlxalq standartlara uyğun olmadığı, kütləvi qanun pozuntuları əks olunmuş hesabatla çıxış edib.
“SMDT hesab edir ki, 9 oktybar 2013-cü il prezident seçkisinin bütün mərhələlərində qeydə alınmış qanun pozuntuları və seçkiqabağı siyasi mühit bərabər rəqabət imkanlarını yaratmamış, Azərbaycan Respublikasının milli qanunvericiliyi və beynəlxalq standartların pozulması şəraitində baş tutaraq, azad və demokratik hesab oluna bilməz”, hesabatda qeyd olunur.
SMDTM-nin hesabatı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkiləri müşahidə missiyasının hesabatı ilə üst-üstə düşür.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda seçki sistemi, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı yönündə çalışan tərəfsiz qeyri-hökumət təşkilatıdır. Mərkəz ötən seçkilərdə də hökumətin təzyiqləri ilə üzləşib.