Futuristik smartfon ekranları [Video]

Your browser doesn’t support HTML5

Təqribən 10 il əvvəl mobil telefonların düymələri var idi. Bugünkü telefonlar isə həssas ekranla işləyir. Əldə olunan inanılmaz təkamülə baxmayaraq, bu telefonların da öz mənfi tərəfləri var. Onlardan istifadə edərkən daim ekrana baxmaq tələb olunur. Uelsdə yerləşən Svansi Universitetinin alimləri bunu dəyişdirmək istəyir.

Təsəvvür edin, smartfonun ekranına baxmadan onu istifadə edə biləcəksiz.

Əlbəttə, səsli əmrlər mövcuddur. Lakin bəzən telefona danışmaq o qədər də rahat deyil.

Svansi Universitetinin alimləri ekrana baxmadan fiziki olaraq çevrilə biləcək üç dimensiyalı idarəetmə sistemini inkişaf etdirmək istəyirlər.

Matt Cons: “Yüksək dalğalı səslərdən istifadə edərək fantastik nəticələr əldə etmək olar. Məsələn, əlində olan obyektin nömrələrinin hisslərlə yığılması. Lakin orada heç nə yoxdur. Siz əlinizi ona doğru basırsız və bu sadəcə illüziyadır. Biz bir addım da qabağa gedərək real obyektlərin görsənib və itməsini təmin etməyə çalışacağıq.”

İxtiranın hələ ilkin mərhələsində olmasına baxmayaraq Svansi Universitetinin cihazı bir-birinə yaxın 28 cərgəsi olan hər tərəfə çevrilə bilən coystikli lövhəyə oxşayır.

Gələcəkdə coystik ekranda görünəcək və sonra yoxa çıxacaq.

Met Cons: “Ekranda nömrəni yığmaq üçün disk peyda olacaq və ətrafa baxmadan və ekrana fikir vermədən siz barmaqlarınızı üstünə qoyacaqsız və nömrəni yığacaqsız. Qurtaranda isə o gözəl şəkildə ekrandan itəcək.”

Bu gün coystiklərdən hər biri bir pikseli əvəzləyir və ya smartfonun ekranındakı şəkildən kiçik bir hissəni.

Britaniyanın Mühəndislik və Fiziki Araşdırma Şurasının 1,3 miliyon dollarlıq qrantı sayəsində Cons ümid edir ki, dörd il ərzində bu ideyanın kütləvi istehsalına başlanacaq.