Ağıllı tualet

Your browser doesn’t support HTML5

Ağıllı tualet

Alimlər insan sağlamlığına nəzarət edən yeni cihaz üzərində işləyirlər – ağıllı tualetlər.

Hər gün sağlamlıqla bağlı çox sayda dəyərli məlumat tualetə axıdılır.

Stanford Tibb Məktəbinin müəllimi Sunq-min Park deyir ki, insan ifrazatını yaxından izləməklə sağlamlığı yaxşılaşdırmaq mümkündür.

“Bu, bizim üzərində işlədiyimiz prototipdir”

Park istifadəçinin nəcisi barədə vizual məlumat toplayaraq onu səhiyyə işçilərinə göndərən Ağıllı Tualet inkişaf etdirir.

“Biz xəstəliyin erkən aşkarlanması və ya hətta qarşısının alınması üçün ifrazatlara kompüter görmə və süni intellektlə baxırıq."

Park istifadəçinin telefonuna sağlamlıq və qidalanma ilə bağlı əsas məsləhətlər göndərmək qabiliyyətinə malik mövcud tualetə əlavə olacaq ilk istehlakçı versiyasını hazırlamaq üçün Cənubi Koreya istehsalçısı IZEN ilə işləyir.

Park deyir ki, gələcək versiyalar bir çox xəstəlikləri müşahidə edə və hətta xərçəngin erkən əlamətlərini müəyyən edə bilər.

Fransanın Withings şirkətinin inkişaf etdirdiyi U-Scan adlı cihazı sidik nümunələri alır.

“Sidik sağlamlıq üçün inanılmaz məlumat mənbəyidir. Sidikdə 3000-ə yaxın kimyəvi birləşmə var,” şirkətdən Culius Devarvin deyir.

Sistem dəyişdirilə bilən kartricdən istifadə edir və bu kartric 90 gün ərzində kifayət qədər test edə bilir.

“Siz sadəcə olaraq sidiyə getməlisiniz,” Devarvin bildirir.

Kiçik nasos istiliklə işə salınır və sidik damcılarını test zolağına çatdırır.

“O, sidiklə reaksiyaya girir və rəng dəyişikliyi baş verir və biz onu optik sensorla müəyyən edirik,” Devarvid deyir.

Test nəticələri bir neçə dəqiqə ərzində tətbiqdə üzə çıxır.

İlk öncə mayalanma və qidalanmağı yoxlayan kartriclər satışa çıxarılacaq.

Tualet üçün bu texnologiya satışa çıxarılsa da, istifadəçilərin ən məhrəm anlarında bu yeniliklərdən istifadə etməyə hazır olub-olmadıqları hələ ki, bəlli deyil.