Sloveniya seçkilərində ən çox səsi hazırkı prezident qazandı

Sloveniyanın hazırkı prezidenti Borut Pahor bazar günü keçirilən seçkilərdə səslərin çoxunu qazansa da, ilk mərhələdə prezident seçilməsi üçün kifayət etmədi.

Əksər seçki bülletenlərinin sayılmasından sonra Pahorun 47 faiz səs qazanacağı gözlənilir. Onun əsas rəqibi, keçmiş komediyaçı Marcan Sareç təxminən 25 faiz səs qazanacaq.

Sloveniya prezident Borut Pahor: “Mən marafon qaçışçısıyam. Mən sona qədər qaçmalı olduğumu və yalnız sonda qələbə qazanacağımı anlayıram. Mən cənab Sareçi təbrik edirəm. Milli siyasətdə tanınmayan bir insan üçün əla nəticə qazanıb. İkinci mərhələdə mən ona qarşı, yəni ciddi və məsuliyyətli opponentə rəqib olacam. Ümid edirəm ki, mənalı debatlarla yanaşmalarımızdakı fərqləri aydın şəkildə bildirəcəyik və bununla da insanların seçimlərini asanlaşdırmış olacayıq.”

Pahor noyabrın 12-si keçiriləcək seçkilərdə qələbə qazanacağını dedikdən sonra bazar günü seçkilərdə ona səs verən seçicilərə təşəkkürünü bildirdi.

Marcan Sareç isə özünün yaxşı nəticəsini sıfırdan başladığı üçün əldə etdiyini bildirdi: “Bir şey unudulmamalıdır ki, mən təkbaşına bütün parlament partiyalarının birlikdə topladığı səsdən çox səs toplamışam. Bu, siyasətdə mövcud vəziyyəti kifayət qədər izah edir. ”

Sloveniya keçmiş Yuqoslaviyanın bir hissəsi olmuş dövlətdir. Son zamanlar bu ölkənin adı ABŞ-ın birinci xanımının doğum yeri olduğundan tez-tez mətbuatda səslənir.

Sloviyada prezident vəzifəsi daha çox rəmzi xarakter daşıyır. Lakin prezident baş naziri təyin edir və onun fikirləri hökümət siyasətinə ciddi təsir edir.