Vaşınqton ştatında torpaq sürüşməsi olub

Birləşmiş Ştatların şimal-şərq Vaşınqton ştatında rəsmilər ştat yaxınlığındakı adada torpaq sürüşməsi nəticəsində zədələnən 34 evin sakinlərini evakuasiya edib.

Torpaq sürüşməsi dünən Seatl şəhərinin şimalındakı Vidbey adasında baş verib. Səhər tezdən baş vermiş torpaq sürüşməsində xəsarət alan olmayıb.

Xilas dəstəsi fundamenti çökmüş evdən bir nəfəri xilas edib. Dünən axşam rəsmilər başqa bir torpaq sürüşməsinin də mümkün olduğunu deyib.

Ötən günlər önəmli miqdarda yağmur yağmayıb. Buna görə də torpaq sürüşməsinin səbəbi məlum deyil. Lakin ərazi keçmişdə torpaq sürüşmələrinə meyilli olub. Hadisədən sonra bəzi evlər əlçatmaz olub. Hadisə yollar, su və elektrik xətlərinin kəsilməsinə səbəb olub.