İranın dövlət televiziyasının bildirdiyinə görə daşqalaq ilə ölümə məhkum edilmiş Səkinə Məhəmmədi Aştiani azadlığa buraxılmayıb. Bu xəbər bir müddət əvvəl yayılan Avropanın bir insan hüquqları qrupunun məlumatı ilə ziddiyyət təşkil edir. Bu gün Press TV ı davam etdiyi bir vaxt Səkinə Məhəmmədi Aştianinin azadlığa buraxıldığı barədə malumatı, "qərb mətbuatının geniş təbliğat" adlandıraraq təkzib edib. Mərkəzi Almaniyada olan Daşqalaq əleyhinə Beynəlxalq Təşkilat dünən Aştianinin azadlığa buraxıldığını elan edib. Qrup bu məlumatı, görünür, Press TV-də yayımlanan Aştianinin oğlu ilə birlikdə olduğu şəkillərə əsaslanaraq yayıb. Lakin dövlət xəbər agentliyi şəkillərin bu gün yayımlanan sənədli filmdən götürüldüyünü bildirib. Filmdə Aştiani ərini necə qətlə yetirdiyini etiraf edir.
Bu xəbər bir müddət əvvəl Avropa insan hüquqları qrupunun məlumatı ilə ziddiyyət təşkil edir